Qazaxda Türkmənistan vətəndaşı yol nəqliyyat hadisəsi törədib

Qazaxda Türkmənistan vətəndaşı yol nəqliyyat hadisəsi törədib

Qazax rayonunda Türkmənistan vətəndaşının idarə etdiyi yük maşını aşaraq yol kənarındakı evin hasarına çırpılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Yuxarı Salahlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan "TIR"ın idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Türkmənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Məqsəd Balıyev yüngül xəsarət alıb.

Qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.

Mənbə: report.az