Alman məktəbli dostları ilə birlikdə 1 milyon ağac əkdi: Məqsəd 1 trilyon ağacdır

Üç il əvvəl alman məktəbli Feliks Finkbeyner sinif yoldaşlarına 1 milyon ağac əkmək ideyasını danışanda təəccüblənənlər var idi. Amma aksiyaya dəstək verənlər dəfələrlə çox olmuşdu. 9 yaşlı Feliksə xeyli dostları, tanışları qoşuldu və beləcə, 1 milyon ağac əkdilər.

Bizimyol.info xəbər verir ki, Finkbeynerin okytabrda 12 yaşı tamam olacaq və o, indidən dünyanın tanınmış eko-aktivistlərindən sayılır. Məktəbli BMT-nin dəstəyi ilə “Ağac ardınca ağac” kitabını nəşr etdirib. Feliks “Plant-for-the-Plant” qeyri-kommersiya təşkilatının yaradıcısıdır.

Finkbeynerin başladığı aksiya xeyli populyarlaşıb. Aksiya çərçivəsində əkilən ağacların sayı 14 milyarda çatıb. Məqsəd sayı trilyona çatdırmaqdır.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Finlandiya İtaliya tərəfindən qəbul edilməyən qaçqınlara sığınacaq verəcək

SONRAKI XƏBƏR

"WhatsApp"dan QEYRİ-ADİ YENİLİK - Bu dəfə...