Kolleclərə bəzi ixtisaslar üzrə keçid balları qalxacaq

Kolleclərə bəzi ixtisaslar üzrə keçid balları qalxacaq

Elçin Əfəndi: “Bu istiqamətlərdə ixtisas seçimləri edərkən abituriyentlər və valideynlər çox diqqətli olmalıdırlar”

Bizimyol.info-ya Təhsil üzrə ekspert Elçin Əfəndinin verdiyi məlumata görə 9, 11 illikdən və V ixtisas qrupundan kolleclərə qəbul üzrə keçid balı qalxacaq. Ekspertin fikrincə, bu istiqamətlərdə balların qalxma səbəbi sistemdə baş verən dəyişikliklərlə əlaqədardır. Yəni, ötən il 9 illikdən kolleclərə qəbul zamanı ən yüksək bal 200 bal idisə, bu il 300 baldır. 100 bal fərq var. 11 illikdən kolleclərə və V ixtisas qruplarına qəbulda isə ən yüksək bal bu ilə qədər 90 bal idi. Bu il isə 300 baldır. Arada 210 bal fərq var. Ekspert abituriyent və valideynlərə bu istiqamətlərdə ixtisas seçimləri edərkən diqqətli olmağı tövsiyə edir.

Qeyd edək ki, ixtisas seçimi üzrə təsdiq vaxtı 9 illikdən 24 iyuldan 6 avqusta, 11 illikdən 15 avqustdan 20 avqusta, V ixtisas qrupundan 24 iyuldan 7 avqustadəkdir.

Aləmdə Nəsib

Mənbə: www.bizimyol.info