Həkimlər iflic olmuş əlləri bərpa etdi

Avstraliya həkimləri iflic olmuş əllərin hərəkətinin bərpa edilməsi yolunu tapıb. Bildirilənə görə, həkimlər sinirləri transplantasiya etməklə iflic olmuş əlləri bərpa edə bilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tədqiqatda, boyun fəqərəsi travmasına görə, iflic olmuş 16 xəstə iştirak etmişdir. Müalicə şərtləri kimi, onurğa beyninin salamat olması və xəstəlik müddətinin 1,5 il olması qeyd edilmişdir. Həkimlər iflic olmuş əllərin əzələsinə sağlam sinirlər köçürmüşdür. İki il keçdikdən sonra 13 xəstənin əl hərəkət qabiliyyətlərinin bərpa olması qeyd edilmişdir.

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Çin xüsusi aparat hazırladı - Marsda həyat əlaməti axtaracaq

SONRAKI XƏBƏR

Türkiyənin yeni silahı ABŞ-ı niyə qorxudur?