Azərbaycanda “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb.

Bu barədə APA-nın Gəncə bürosuna Ombudsman Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisə təqdim olunub: “Qanun layihəsi ailədə, məktəbdə və ümumiyyətlə, cəmiyyətdə uşaqları cismani cəzadan qorumaq məqsədi daşıyır. Cismani cəzaya məruz qalan uşaqlar qanuni müdafiə altında olmalıdır. Azərbaycan uşaqların müdafiəsi haqqında BMT konvensiyasına qoşulub, lakin bununla bağlı ayrıca qanun olsa, uşaqların müdafiəsi daha sistemli şəkildə həyata keçirilər”.

Mənbə: apa.az