Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"

Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"

 

MilliMəclisin payız sessiyasında "Təhsilkreditləri haqqında” qanun layihəsi qəbul oluna bilər.

Bu barədə anews.az-a açıqlamasında millət vəkili, milli məclisin Elm və Təhsil komitəsinin üzvü ŞəmsəddinHacıyev deyib.

Onun sözlərinə görə, qanun layihihəsi parlamentdə müzakirə edildikdən sonralayihə səsverməyə çıxarılacaq.

"Qanun layihəsi demək olar ki, hazırdır. Maliyyə mənbəyi, faizlər, kimlərə və hansı əsaslarla verilməsikimi bir neçə məsələ var ki, onlar da müzakirəedilməlidir. Bütün bu məsələlər də həlledildikdən sonra, çox gümanki milli məclisinpayız sessiyasında qanun layihəsi qəbul olunacaq” – deyə millət vəkili Şəmsəddin Hacıyevbildirib.

Şəmsədiin Hacıyevəlavə edib ki, layihə təhsil haqqını ödəməkdəçətinlik çəkən bütün tələbələri əhatə edəcək.

Mənbə: anews.az