Bu il də məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılacaq

Bu il də məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılacaq

Paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarına qeydiyyat bu il də elektron qaydada aparılacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov söyləyib. O bildirib ki, uşaqların məktəbəhazırlıq qruplarına qeydiyyatı ilə bağlı hər hansı məktəbə yaxınlaşmağa ehtiyac yoxdur. Prosesə start verildikdən sonra valideynlər övladlarını elektron sistem - mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirəcəklər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Mənbə: azertag.az