Metroda ana uşağını itirib

Metroda ana uşağını itirib

Bakı Metropoliteninin “Nərimanov” stansiyasında uşaq itib.

Oxu.Az-ın məlumatına görə, hadisə yaxın dəqiqələrdə baş verib.

Məlum olub ki, “Nərimanov” stansiyasında azyaşlı anasından ayrı düşərək “Dərnəgül” xətti ilə hərəkət edən qatara minib.

Uşağın anası dərhal metropoliten işçilərinə xəbər verib. Məlumat əsasında azyaşlı “Gənclik” metrostansiyasında metropoliten və polis əməkdaşları tərəfindən qarşılanaraq anasına təhvil verilib.

Könül Cəfərli

Mənbə: www.oxu.az