Tərtərdə müqəddəs Qurban bayramı qeyd edilir

Tərtərdə müqəddəs Qurban bayramı qeyd edilir

Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edildi

 

Bayram münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov hər bir tərtərlini dünya müsəlmanlarının müqəddəs qurban bayramı münasibəti ilə təbrik etdi, hamıya öz səmimi arzu və diləklərini yetirdi.

Sonra əvvəlcədən müəyyən edilmiş kəsim məntəqələrində qurban kəsiləcək heyvanlara dua oxundu, dini ənənələrə uyğun olaraq qurban mərasimləri başladı.

Tədbirlərdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə qurban payı verildi.

Rayon ərazisində yerləşən hərbi hissələr də unudulmadı. Hərbi hissələrə də qurban payı göndərildi.

Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

pia.az

Mənbə: pia.az