Yol polisinin daha bir məşhur adamı işdən çıxarıldı - Müşfiq Rəhimov getdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir islahata imza atıb.

Nazirin əmri ilə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Müşfiq Rəhimovdan əvvəl onun rəisi, polkovnik Mübariz Şahbazov da işdən çıxarılıb. Mübariz Şahbazov Qİİ-nin rəisi olmaqla yanaşı həm də Baş DYP İdarəsinin rəis müavini idi. Onun yerinə Texniki Şöbənin rəisi, polkovnik-leytenant İlham Rəcəbov təyin edilib.

///Avtosfer.az

Azxeber.com

ƏVVƏLKİ XƏBƏR

Ronaldo Messidən nə ilə fərqləndiyini açıqladı

SONRAKI XƏBƏR

Türkiyə müdafiə naziri: "Heç kim Türkiyənin gücünü sınamağa cəhd etməsin"