"Təbriz tarixin heç bir dövründə belə acınacaqlı vəziyyətə şahid olmayıb"

Təbrizin “Məqbərətül şüəra”sı (“Şairlər məqbərəsi”) məsulların laqeyd münasibəti nəticəsində sahibsiz itlərin sığınacağına çevrilib.

Axar.az xəbər verir ki, bu barədə Təbrizdən olan müxbir məlumat yayıb.

“Məsulların laqeydliyi nəticəsində bu gün “Məqbərətül şüəra” itlərin sığınacağına çevrilib. İtlər bu mədəniyyət məkanında gəzişir, ərazidə natəmizlik baş alıb gedir. Təbriz tarixin heç bir dövründə, hətta mühasirə, quraqlıq və zəlzələ baş verdiyi zaman da belə acınacaqlı vəziyyətə şahid olmayıb”, - o bildirib.

Qeyd edək ki, “Məqbərətül şüəra”da tikinti işlərinə 6 il əvvəl başlanıb. Şeir və ədəbiyyat muzeyinin tikilməsi adı altında başlayan layihə 15 ay ərzində istifadəyə verilməli idi, lakin bu günə qədər təhvil verilməyib.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Nigar qızları ilə Bodrum tətilində - Fotolar

SONRAKI XƏBƏR

Qətlə yetirilən avtoritetin arvadının əlindən alınan qızılın aqibəti necə olacaq? – MƏHKƏMƏ