"Antalyanın ürəyi" açıldı

"Şeytan çarxı" Çində hazırlanıb və iki ay boyunca dəniz yolu ilə Türkiyəyə gətirilib

 

Böyüklüyünə görə Türkiyənin birinci, Avropanınsa ikinci "şeytan çarxı" - "Antalyanın ürəyi" istifadəyə verilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Sabah məlumat yayıb.

​90 m hündürlükdəki müşahidə çarxı Antalyanın Konyaltı rayonunda, Aktur əyləncə parkında yerləşir. Buradan şəhərin mərkəzinə və Antalya körfəzinə möhtəşəm mənzərə açılır.

"Antalyanın ürəyi"ni hündürlüyünə görə ancaq Böyük Britaniyanın paytaxtılndakı "London göz"ü üstələyir.

​Çəkisi 400 ton olan "Antalyanın ürəyi" Çində hazırlanıb və iki ay boyunca dəniz yolu ilə Türkiyəyə gətirilib. Çarxın quraşdırılmasına 8 ay sərf olunub.

​Çarxda dörd VİP və 42 havalandırılan adi kabinə var. Bir dövrü çarx 18 dəqiqəyə başa vurur. Biletlərin qiyməti 1 nəfər üçün adi kabinələrdə 30 lirə (5.4 dollar), VİP kabinələrdə isə 200 lirədir (36.4 dollar).

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında sərəncama götürülüb

SONRAKI XƏBƏR

Bakı Metropolitenindən “Qarabağ” - APOEL oyunu ilə bağlı açıqlama