Rusiyalı turistlər Gürcüstana uça bilmir

Rusiyalı turistlər Gürcüstana uça bilmir

Rusiyadan Gürcüstana turist səyahətləri 70 faiz azalıb.

Cebhe.info-nun məlumatına görə, bu statistikanı Rusiyanın Turizm Sənayesi İttifaqının vitse-prezidenti Yuri Barzıkin verib. Onun sözlərinə görə, Gürcüstana təyyarə ilə yola düşən demək olar ki, bütün ruslar Gürcüstana səfərlərini dayandırıb.

Barzıkin bildirib ki, turistlər yerüstü yolla və üçüncü ölkə vasitəsilə Gürcüstana səyahətlərini davam etdirir.

Bu yaxınlarda Gürcüstanın baş naziri Mamuka Baxtadze turizm sənayesinə dəyən zərbəni Rusiya hakimiyyətinin iki ölkə arasındakı uçuşlara qadağalar qoyması ilə izah edib.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info