104 yaşı var, evdə hər işi özü görür - VİDEO

104 yaşı var, evdə hər işi özü görür - VİDEO

Sakaryanın Akyazı rayonunda yaşayan 104 yaşlı Mustafa Boğaz zəhməti ilə gənclərə örnək olur.

Demokrat.az xəbər verir ki, rayonun Quzulu kəndində yaşayan 7 uşaq 70 nəvə sahibi Mustafa baba yaşının çox olmasına baxmayaraq kənd təsərrüfatı işləri ilə məşğul olmağı bacarır. O evdə bütün işləri özü görür. Odun doğrayır, rəng vurur, ot daşıyır, tarla işləri daxil hər işini özü edir.

Mustafa kişi hər səhər yerindən qalxdıqdan sonra sözügedən işlərlə məşğul olur. O bildirib ki, Allaha şükür 104 yaşına gəlib, namazını qılır, orucunu tutur: "Hətta mənə 'oruc filan tutma, dözə bilməzsən' dedilər amma mən orucumu da tuturam, namazımı da qılıram.

Mənbə: demokrat.az