“Tələbə qəbulunda plan yerləri artırıla bilər” - EKSPERT

“Tələbə qəbulunda plan yerləri artırıla bilər” - EKSPERT

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib.

Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi (DS) əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İxtisas qrupları üzrə vəziyyət belədir:

I qrup: 5166 nəfər ödənişli, 7598 nəfər

DS II qrup: 8546 nəfər ödənişli, 3093 nəfər

DS III qrup: 7414 nəfər ödənişli, 3715 nəfər

DS IV qrup: 1350 nəfər ödənişli, 2006 nəfər

DS V qrup: 1766 nəfər ödənişli, 1408 nəfər

DS Ümumilikdə 24242 nəfər ödənişli, 17820 nəfər DS qəbul olub.

Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya bildirib ki, bu il qəbulda maraqlı vəziyyət yaranıb. Belə ki, o, bəzi ixtisaslarda abituriyentlər yüksək balla ödənişli, az balla ödənişsiz qəbul olduğunu deyib: “Misal üçün: BDU-nun Mexanika ixtisasına kimsə 320 balla pullu, başqası 290 balla pulsuza qəbul olub. Yaxud da ADPU-nun İbtidai sinif müəllimi ixtisasına kimsə 440 balla pullu, başqası 438 balla pulsuza qəbul olub. Ümumilikdə 21 min abituriyent ödənişsiz təhsil almaq imkanına malik idi. Amma onların ixtisas seçimi zamanı bunu diqqətə almamaları 4 minə yaxın pulsuz, dövlət sifarişli plan yerlərinin seçilməməsi ilə nəticələndi. Hətta IV ixtisas qrupu üzrə subbakalavr özəl universitetlərdə pulsuz ixtisasa qəbul oldu, halbuki bu ixtisasa abituriyentlər pullu qəbul olub, çünki elektron ərizələrinə bunu qeyd etməyiblər. Yaxud da I ixtisas qrupu üzrə kimlərləsə 280 balla pulsuz, başqası 380 balla pulluya qəbul olub. Ümumiyyətlə, 2019-cu qəbul ili çox fərqli rəqəmləri ortaya çıxardı. Ümid edirəm ki, bu qəbulda baş verənlər geniş şəkildə müzakirə olunacaq.

Çünki 2020-ci ildə yenidən pulsuz yerlərin sayı artacaq. Sabah nəşr olunacaq abituriyent 8 jurnalında plan yerləri artırıla da bilər. Ən azı dövlət sifarişli plan yerlərinin tam şəkildə dolması üçün”.

Yeganə Oqtayqızı
Cebhe.info

Mənbə: cebhe.info