Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim”

Siyavuş Novruzov Facebook-a gəldi: “Sosial mediada olmağa qərar verdim” "Hörmətli dostlar, əziz həmvətənlər! Müasir dövrdə sosial şəbəkələrin, sosial medianın və interaktiv ünsiyyətin rolu və həcmi durmadan artır. Həyatımızın müxtəlif sahələrinə daxil olmuş bu vasitələr təbii ki, hardasa bizim də onlara uyğunlaşmağımızı tələb edir”. Faktaz.com modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Facebook-da səhifə açması ilə bağlı deyib. "Bu gündən bir partiya funksioneri, millət vəkili və siyasətçi kimi mən də sosial mediada olmağa qərar verdim. Hər zaman mətbuata, televiziyalara açıq və əlçatan olmuşam, mövqeyimi, inandığım dəyərləri və siyasəti çatdırmağa çalışmışam. İnanıram ki, Facebook səhifəm də məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. Sizlərin hamınızı səhifəmdə salamlayıram. Ümid edirəm ki, səhifəm mənim olduğu qədər sizlər üçün də faydalı və maraqlı olacaq”, - Siyavuş Novruzov bildirib.

Faktaz.com

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

SONRAKI XƏBƏR

Sərxoş sürücü VAZ-ı aşırdı, toydan gələn üç nəfər yaralandı - FOTO