Dərsliklər avqustun 25-də məktəblərə çatdırılacaq

Dərsliklər avqustun 25-də məktəblərə çatdırılacaq

2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, dərsliklərin avqustun 25-dək məktəblərə və təhsili idarələrinə çatdırılması nəzərdə tutulur.
Sonrakı 10 gün ərzində dərsliklər yerli dövlət ümumtəhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə ­çatdırılacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com