Balakəndə “Gəncliyin səsi” musiqi festivalı keçirilib

Balakəndə “Gəncliyin səsi” musiqi festivalı keçirilib

Balakən, 24 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayon Gənclər və İdman İdarəsi yay tətili günlərində yeniyetmə və gənclərin istirahətlərinin mənalı və səmərəli keçməsi üçün Gənclər evi ilə birgə maraqlı layihələr həyata keçirir.

İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, avqustun əvvəlində başlanan “Gəncliyin səsi” musiqi festivalının ilkin seçim turlarında 80 nəfərədək gənc iştirak edib.

Festivalın yekun turu Heydər Əliyev Mərkəzində keçirilib. Finalda iştirak edən bütün iştirakçılar diplomlarla, qaliblər isə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mənbə: azertag.az