Gələn ildən İranın bəzi məktəblərində Azərbaycan dili sınaq dərs kimi tədris ediləcək

Gələn ildən İranın bəzi məktəblərində Azərbaycan dili sınaq dərs kimi tədris ediləcək

İran prezidenti Həsən Ruhaninın seçki kampaniyasında verdiyi vədlərindən biri də bölgələrdə ana dilinin tədris və öyrənilməsini təmin etmək idi...

Gələn ildən İranın bəzi məktəblərində, xüsusilə də Şərqi-Azərbaycan əyalətində "türk dili"nin tədrisinə sınaq dərs olaraq start veriləcək.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Şərqi-Azərbaycan əyalətinin Təhsil-təlim İdarəsinin baş direktoru Cəfər Paşayi məlumat verib.

O bidirib ki, bölgələr üzrə ana dilinin tədrisi ölkənin təhsil naziri Məhəmməd Bəthainin göstərişinə uyğun olaraq gələn ildən həyata keçiriləcək. Əlavə edilib ki, sınaq şəklində keçiriləcək "türk dili"nin saatları və vaxtlarının müəyyənləşdirilməsi əyalətin Təhsil Şöbəsinin qərarından asılıdır. Bildirilib ki, "türk dili" ibtidai və orta təhsil siniflərində tədris ediləcək.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhaninın seçki kampaniyasında verdiyi vədlərindən biri də bölgələrdə ana dilinin tədris və öyrənilməsini təmin etmək idi.

Mənbə: www.interaztv.com