“Bu içki yalnız bizim dildə danışır” – Ermənilər bu dəfə konyaka sahibləndi...

“Bu içki yalnız bizim dildə danışır” –  Ermənilər bu dəfə konyaka sahibləndi...

Ermənilərin zaman-zaman Azərbaycanxalqının maddi-mədəniyyət nümunələri ilə yanaşı, onun mədəniyyət və incəsənətnümunələrinə də sahibləndiyi, xalqımıza məxsus bir çox dəyərləri özününküləşdirməyəcəhd etdiyi hər kəsə bəllidir.

Moderator.az xəbər verir ki, bu günlərdə ermənilər əksərdünya xalqlarının geniş istifadə etdiyi konyak içkisi ilə bağlı da eyni addım addımıatmağa cəhd edib. Belə ki, əsl konyakın yalnız ermənilər tərəfindən istehsaledilə biləcəyini bildirən düşmən mediası, öz iddialarını isbatlamaq üçün böyüktarixi şəxslərin adından da istifadə edir, qondarma tarixi “faktlar” uydurmaqladünyanı öz yalanlarına inandırmağa çalışırlar.

Erməni mediası iddia edirki, onların istehsal etdiyi konyak hələ II Dünya Müharibəsinin iki nəhəng ismiolan Çörçill və Stalin tərəfindən də məftunluqla qarşılanıb, bu konyak dünya ldierləriarasındakı söhbətlərin “əsasını” təşkil edib. 1945-ci ildə Stalinin Çörçiləbağışladığı “Dvin” konyakının Böyük Britaniyanın baş naziri tərəfindən hədsiz bəyənildiyini,lakin 1947-ci ildə Çörçilin konyakın keyfiyyəti ilə bağlı Stalinə şikayətetdiyini bildirən erməni mediası ayzır:

“Sovet lideri problemianlamağa və həll etməyə qərar verdi. Araşdırma nəticəsində İrəvan konyakfabrikinin ustası Margar Sedrakyanın Sibirə sürgün edildiyi, bu səbəbdən dəkonyakın əvvəlki keyfiyyətlə istehsal edilmədiyi bəlli olur. Çörçilin xahişi iləStalin erməni ustasını sürgtündən geri qaytarır və bundan sonra “Dvin” konyakı əvvəlkidadına qovuşur”.

Məqalənin sonunda bir qədərdə irəli gedən erməni müəlliflər yazır: “İllər sonra məşhur rus yazıçısı BorisPasternak Margar Sedrakyan haqqında yazırdı ki, o, konyakın ermənmicə danışdığınıbütün dünyaya etiraf etdirdi”.

Göründüyü kimi, erməni əlindənçıxmayan konyakı konyak hesab etməyən Ermənistan, yuxarıda qeyd olunan qondarma“tarixi faktlarla” müasir dünyanın da erməni konyakına marağını artırmağa,onları məhz Ermənistan istehsalı olan konyakdan istifadəyə təşviq etməyəçalışır.

Seymur ƏLİYEV

Mənbə: moderator.az