“Kinetika və kataliz” dərsliyi ikinci dəfə nəşr edilib

“Kinetika və kataliz” dərsliyi ikinci dəfə nəşr edilib

Bakı, 24 avqust, AZƏRTAC

“Kinetika və kataliz” dərsliyi ikinci dəfə nəşr edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən AZƏRTAC-a bildiriblər ki, dərsliyə kimyəvi kinetikanın nəzəri əsaslarına, homogen və heterogen kataliz hadisəsinin mahiyyətinə həsr olunmuş fəsillərlə yanaşı, katalizatorların hazırlanması üsullarının nəzəri əsasları məsələlərini ümumiləşdirən fəsillər də əlavə olunub.

Kitab tələbə və tədqiqatçılar üçün nəzərdə tutulur.

Mənbə: azertag.az