Lüks restoranda həşarat menyusu – FOTO

Lüks restoranda həşarat menyusu  – FOTO

Cənubi Afrikanın Keyptaun şəhərində lüks bir restoran müştərilərinə yalnız həşərat yeməklərindən ibarət olan menyu təklif edir.

Olaylar.az bildirir ki, Insect Experience adlı konsepsiya restoranının baş aşbazı Mario Barnard, bütün yeməli həşəratlar üzrə ixtisaslaşdığını bildirib.

Həşərat qidalarını diqqətlə hazırlayan şef Barnardın əsas məqsədi insanların bu yeməklərə qarşı qərəzli mövqeyini yox etməkdir.

Bernarda görə yeməyin təqdimatı əhəmiyyətli rol oynayır. Zərif yemək təqdimatı insanların həşarata qarşı psixoloji mühakiməsini yox etməyə imkan verir.

 

Mənbə: olaylar.az