Goranboy başçısı düşmənlə sərhəd kəndə getdi

Goranboy başçısı düşmənlə sərhəd kəndə getdi

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 10 sentyabr 2019-cu il tarixdə Tap Qaraqoyunlu kəndində oldu.

Eurasia Diary xəbər verir ki, icra başçısı Tap Qaraqoyunlu kəndində Şəhidlər Abidə Kompleksində aparılan yenidənqurma və abadlıq işləri ilə tanış oldu və kənd sakinləri ilə görüşdü, onlarla səmimi söhbət etdi.

Daha sonra cənab Məhərrəm Quliyev Tap Qaraqoyunlu kəndində rayon Ağsaqqallar Şurasının sədri Taryel Abbasovun evində olaraq səhhəti ilə bağlı onu ziyarət etdi.

Mənbə: ednews.net