Diaqnostik qiymətləndirilməsi aparılmış ilk peşə-ixtisas təhsili müəssisələrində direktorların və direktor müavinlərinin maaşı artırılıb

Diaqnostik qiymətləndirilməsi aparılmış ilk peşə-ixtisas təhsili müəssisələrində direktorların və direktor müavinlərinin maaşı artırılıb

Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının, direktor müavinlərinin, baş mühasiblərinin və dərs hissə müdirlərinin aylıq vəzifə maaşlfrə artırılıb.

Beləliklə, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 550 manatdan 660 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 495 manatdan 595 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 440 manatdan 530 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Mənbə: apa.az