Bəzi məktəbli çantaları uşaqlarda cinsi yetişkənliyə səbəb olur - Döşlərdə böyümə... – Pediatrdan ŞOK AÇIQLAMA

Bəzi məktəbli çantaları uşaqlarda cinsi yetişkənliyə səbəb olur - Döşlərdə böyümə... – Pediatrdan ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi bir müddətdir ki, məktəbli dərslərinin çəkisinin yüngülləşdirilməsi ilə bağlı məsələ valideynlərin diqqətindədir. Qeyd edək ki, artıq bu məsələ ilə əlaqədar nazirlik tərəfindən ümumtəhsil məktəblərinin 1- ci sinifləri üçün nəzərdə tutulmuş pilot layihə həyata keçiriləcəkdir. Bəs əslində birincilər üçün dərs materiallarının çəki baxımından agırlığı hansı problemlər yarada bilər?
Bununla bağlı pediatr Ülvi Əliyev Sonxeber.az-a açıqlama verib. O qeyd edib ki, son vaxtlar təhsil sistemindəki olan dəyişikliklər uşaqların həddindən artıq yüklənməsinə səbəb olurdu:
"Məktəblinin kitabı ayrı, əlavə olaraq isə test kitabı ayrı götürülürdü. Bu təbii ki, onurğada əyilmə yaradır. Çiyində çantanın kəmərlərinin saldığı yer isə qızarma ağrı, uşağın özündə yorğunluq hallarına səbəb olur".
Pediatr qeyd edib ki, ümumiyyətlə, dünyada qəbul olunan məktəbli çantası uşağın ağırlığının 10 faizindən çox olmamalıdır:
"Bizdə çox vaxtı uşaqlar öz ağırlıqlarının 30 faizi qədəri yükü arxasında daşıyırlar. Bu da onurğada əyriliyə səbəb ola bilər".
Ülvi Əliyev həmçinin bəzi məktəbli çantalarının düzəldiyi materialların uşaqlar üçün əsl təhlükə mənbəyi olacağını da vurğulayıb. O, bildirib ki, bəzi endokrinpozucu maddələrin fəaliyyəti uşaqlarda cinsi yetişkənliyin vaxtından əvvəl yaranmasına gətirib çıxara bilər:
" Bəzi materialdan düzələn çantalar qızlarda 8 yaşından tez, oglanlarda 9 yaşda vaxtından əvvəl cinsi inkişafa gətirib çıxara bilər. Bəzi oğlan uşaqlarında isə bu problem yetkinlik yaşına çatarkən döşlərdə böyüməyə səbəb olur".

 

 

 

Mənbə: sonxeber.az