Mənəvi Dəyərlərin Təbliği Fondundan təqdirəlayiq addım

Mənəvi Dəyərlərin Təbliği Fondundan təqdirəlayiq addım

Cəbhəyanı bölgələrdə yaşayan aztəminatlı ailələrin birinci sinifə gedəcək məktəblilərinə məktəbli formaları hədiyyə edilib

Moderator.az xəbər verir ki, sentyabrın 11-dəMənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Öndəki birincilər”layihəsi çərçivəsində cəbhəyanı bölgələrdə yaşayan aztəminatlı ailələrinbirinci sinifə gedəcək məktəblilərinə məktəbli formaları hədiyyə edilib.

Layihəçərçivəsində Füzuli, Ağcabədi, Laçın, Ağdam, Tərtər, eləcə də Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edən valideynlər və birinci sinfəgedəcək şagirdlər məktəblilərə göstərilən dövlət qayğısına görə AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Qeyd edək ki, məktəblilərlə görüşdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçıdirektoru Mehman İsmayılov, Fondun icraçı direktor müavini Rəfi Qurbanov, DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiriƏlizadə Nəcəfov iştirak edib.

 

Mənbə: moderator.az