Tələbələrin Prezident təqaüdünə layiq görülməsi dövlətin təhsilə diqqət və qayğısının təzahürüdür

Tələbələrin Prezident təqaüdünə layiq görülməsi dövlətin təhsilə diqqət və qayğısının təzahürüdür

Bakı, 11 sentyabr, AZƏRTAC

Tələbələrin Prezident təqaüdünə layiq görülməsi dövlətin təhsilə və gənclərə diqqət və qayğısının təzahürüdür.

Bu fikri AZƏRTAC-a müsahibəsində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin direktoru, Əməkdar müəllim Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, 2019-2020-ci tədris ilində 183 şagird liseyi bitirib. Onlardan 51-i qəbul imtahanında 600-dən yuxarı bal toplayıb. Məzunlardan 7 nəfər qızıl, 3 nəfər gümüş medala layiq görülüb. Tələbə adını qazanan məzunlardan 5 nəfərinin Prezident təqaüdünə layiq görülməsi bizi bir daha qürurlandırdı, yeni tədris ilində daha əzmlə çalışmağımıza stimul oldu.

“Əminəm ki, təqaüdçü tələbələr onlara göstərilən etimadı doğruldacaqlar. Məzunlarımız şagirdlərimizə nümunə olacaqlar”, - deyə Mehriban Vəliyeva vurğulayıb.

Mənbə: azertag.az