Azərbaycanda müalicəsi üçün yardım kampaniyası aparılan müəllim vəfat etdi

4 ildən artıqdır baş beyin şişindən əziyyət çəkən tarix müəllimi Əzizov Həbibullah Hüseyn oğlu vəfat edib.

Publika.az xəbər verir ki, bir müddət əvvəl qardaşının çağırışı ilə yardım aksiyası aparılan Həbibullah tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, 2-ci dərəcəli Astrositomadan əziyyət çəkən müəllimin əməliyyatı Azərbaycan və Türkiyədə mümkün olmayıb.

Əməliyyat yalnız Almaniyada xüsusi robot-lazer vasitəsilə mümkün idi ki, onun üçün 40 min avro ( 80 min manata yaxın) tələb edilib.

 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Texnikalarımız daim səfərə hazırdır

SONRAKI XƏBƏR

Mahirdən atasına cavab: “Evin kupçasını göstərsin"