Yəməndə son 4 ildə həlak olanların sayı açıqlanıb

Yəməndə son 4 ildə həlak olanların sayı açıqlanıb

Yəməndə son 4 il il ərzində davam edən müharibə səbəbindən 7500-dən çox dinc sakin həyatını itirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Şurası komissarı Mişel Baçalet açıqlama verib.

Açıqlamada həyatını itirənlərdən 2 min nəfərinin uşaq olduğu vurğulanıb.

Sevinc Əliyeva

Mənbə: ordu.az