“Medianın istənilən məsələ ilə bağlı sərgilədiyi mövqe hər zaman çox önəmlidir, çünki...”

“Medianın istənilən məsələ ilə bağlı sərgilədiyi mövqe hər zaman çox önəmlidir, çünki...”

Xəbər verdiyimiz kimi, bugün Bakıda "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrinyolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə siyasipartiya təmsilçiləri, QHT nümayəndələri ilə yanaşı, media əməkdaşları daiştirak edib, onların da müzakirə edilən məsələlərlə bağlı rəy və təklifləridinlənilib.

Cəmiyyətimizi naraaht edənümummilli məsələlərlə bağlı siyasətçilərlə yanaşı, media nümayəndələrinin dəfikrinin öyrənilməsi mediamızın ölkə həyatında artan rolunun təsdiqi hesab ediləbilərmi? Bundan sonra da ölkə əhəmiyyətli məsələlərdə media nümayəndələrinin dərəyi nəzərə alınmalıdırmı?

Moderator.az-a açıqlamaverən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı,filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu medianın rəyinin nəzərəalınmasının vacibliyinə diqqət çəkib:

“Hər bir cəmiyyətdə, hərbir ölkədə media həmin cəmiyyət və ölkənin aparıcı institutu funksiyasını icraedir. Media nədir? Media cəmiyyətin güzgüsüdür. Hələ Həsən bəy Zərdabi o zamanyazırdı ki, hər qəzet öz məmləkətinin aynasıdır. Media cəmiyyətin avanqard,aparıcı hissəsini təşkil edir. Azərbaycanda da media bu funksiyanı icra edir. Bumənada medianın rəyi, medianın düşüncəsi, medianın yanaşması, medianın hərhansı məsələ ilə bağlı sərgilədiyi münasibət çox önəmlidir. Buna xarici ölkələrdədə hər zaman diqqət edilir. Medianın mövqeyi hər zaman nəzərə alınır. Çünki mediacəmiyyəti təmsil edir, onun istəklərini təqdim edir. Bu mənada medianın baxışıhər zaman nəzərə alınır. Odur ki, ölkəmizdə də media təmsilçilərinin mövqeyininnəzərə alınması müsbət bir haldır. Azərbaycanmediası hər zaman sözünü deməyi bacarmış, dövlətçiliyimizin qurulmasındaiştirak edən mediadır. Azərbaycan jurnalistikası tarixi keçmişi olan,oturuşmuş, peşəkar jurnalistikadır. Bu səbəbdən də onun mövqe və baxışlarının nəzərəalınmasına yalnız müsbət yanaşmaq olar”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az