Rusiya Elmlər Akademiyası ilə AMEA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 11 sentyabr, AZƏRTAC

Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev arasında görüş keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, REA-nın Rəyasət Heyətində keçirilən görüşdə elmi araşdırma və innovasiyalar üzrə yol xəritəsinin icrası ilə bağlı iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin 2020-ci ildə “Xəzəryanı dövlətlərin əməkdaşlığının yeni arxitekturası” elmi-praktik forumunun, Xəzər dənizinin bioloji müxtəlifliyi və ekologiyasının öyrənilməsi məqsədi ilə birgə ekspedisiyaların təşkili, Xəzərdə seysmik şəbəkənin yaradılması, Qafqazın geodinamikasına dair məlumat bazalarının formalaşdırılması, nüvə təbabəti və kosmik tədqiqatlar sahəsində müştərək tədqiqatlar həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Akademik İbrahim Quliyev, həmçinin Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində keçirilən “Yerin qaz ixracı” (Qazovoe dıxanie Zemli) adlı qiraətlərdə tələbə və magistrantlara mühazirə oxuyub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ana doğuş zamanı ölüb – Həkim səhlənkarlığı, yoxsa...

SONRAKI XƏBƏR

Məhsuldarlıq 90 sentnerdən yuxarı, lif çıxımı 40 faizdən yüksəkdir