Təhsil işçilərinin Respublika konfransı - VİDEO

Təhsil işçilərinin Respublika konfransı - VİDEO

Növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6 min nəfərə çatdırılması nəzərdə tutulur.

Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin Respublika konfransında çıxışı zamanı bildirdi. Təhsil naziri həm də bu il təmir işləri aparılan təhsil ocaqlarının sayını da açıqladı.

150 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib, əmək haqları 2 dəfə artırılıb.

Bu ildən etibarən ilkin olaraq 6 min şagirdi əhatə edən sistemin tətbiqinə başlanılacaq.

Təhsil sisteminin elektronlaşması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb.

Nazir qeyd etdi ki, bu il işlərində yol verdikləri nöqsanlara görə 6 Rayon Təhsil Şöbəsinin rəhbəri , eləcə də 8 məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb.

Mənbə: www.realtv.az