“Vikipediya”da Azərbaycan idmançıları haqqında məqalələr yaradılır

“Vikipediya”da Azərbaycan idmançıları haqqında məqalələr yaradılır

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri, həmçinin idmançıları haqqında məqalələr yaradılır, genişləndirilir və redaktə edilir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dilində olan “Vikipediya”da dünya və Avropa çempionları, müxtəlif beynəlxalq yarışların qalibləri, məşhur idmançılar, həmçinin federasiya rəhbərləri haqqında onlarca məqalə yaradılıb. Məqalələrdə müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda çıxış edən idmançıların karyeraları, mükafatları, uğur və nailiyyətləri haqqında məlumatlar verilib.

Vikipediya”da bu istiqamətdə məqalələrin yaradılması prosesi davam edir.

Mənbə: azertag.az