Məcburi köçkünlərə ilk tibbi yardım öyrədilir - Təmas xəttində yaşayanlar üçün təlimlər davamlı olacaq

Məcburi köçkünlərə ilk tibbi yardım öyrədilir - Təmas xəttində yaşayanlar üçün təlimlər davamlı olacaq

Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisi olan Tərtərin Şıxarx qəsəbəsində ilk yardım üzrə bilik və bacarıqların yayılması məqsədilə iki günlük təlimlərin keçirilməsinə başlanılıb.

ATV.az xəbər verir ki, Təlimlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təşkil edilib. Maarifçilik xarakteri daşıyan və ilk yardım üzrə sertifikatlaşdırılmış təlimatçıların ehtiyat dəstəsinin yaradılmasını nəzərdə tutan tədbir Ümumdünya İlk Tibbi Yardım Gününə həsr olunub. Təlimlərə məcburi köçkün icmalarının orta məktəb müəllimləri və şagirdləri, səhiyyə işçiləri, ərazi icra hakimiyyətinin nümayəndələri, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları cəlb olunublar. Təlim proqramına nəzəri məsələlər, praktiki nümayiş və məşğələlər daxildir.

ATV.az

Mənbə: www.atv.az