Bakıda 108 saylı avtobusların oturacaqları çıxarılıb - VİDEO

Bakıda 108 saylı avtobusların oturacaqları çıxarılıb - VİDEO

Metronun "Azadlıq" stansiyasından Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətinə hərəkət edən 108 b saylı marşrut avtobuslarının bəzilərinin salonlarındakı oturacaqlar çıxarılıb. Odur ki, sərnişinlər məcburən mənzil başına ayaq üstə getməli olurlar.

Press.az xəbər verir ki, avtobusda olan sərnişinlərdən biri oturacaqların vəziyyəti ilə bağlı foto çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.Fotodan aydın görünür ki, avtobusun salonunda olan oturacaqların bir qismi çıxarılıb. Elə buna görə də sərnişinlər ayaq üstə getməli olurlar.

Avtobusun salonunda çəkiliş edən zaman isə bundan daha da pis vəziyyətlə qarşılaşdıq.Bəzi avtobusların salonlarında oturacaqlar qoyulmağına baxmayaraq dayaqlarına bərkidilməyib. Bu isə sərnişinlər üçün çətinlik yaradır. Sərninşinlərin sözlərinə görə, problem tək bununla yekunlaşmır.

108 b saylı marşrut xəttinin dispetçeri Xəqani Mirzəyev deyib ki, xətdə olan 15 avtobusun hamısının oturacaqları yenilənəcək. Avtobusların sayı az olduğundan biri xətdən kənarlaşdırılıb oturacaqlarını yeniləyən zaman, digər avtobuslar arasında olan interval pozulur. Bu da gecikmələrə səbəb olur. Nəticədə isə sərnişinlər öz narazılıqlarını bildirirlər.

Xəqani Mirzəyev onu da bildirib ki, yaxın vaxtlarda avtobusların da yenilənməsi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mənbə: press.az