Astaranın Vəznəş kəndində əhali ilə görüş

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vəznəş kəndində əhali ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

İcra başçısı bildirib ki, nümayəndəliyin ayrı-ayrı kəndlərində keçirilən səyyar qəbullarda görüşlərimiz olub. Məqsədimiz sizi narahat edən ümumi problemləri öyrənmək, həllini birlikdə operativ həll etməkdən ibarətdir. Rayonun idarə, müəssisə rəhbərləri də görüşdə iştirak edirlər. Buyurun təkliflərinizi verə bilərsiniz.

Sakinlər çıxış edərək son illər Respublikada və rayonda müxtəlif sahələrdə görülən quruculuq-abadlıq işləri, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən dövlət tədbirlərindən razılıqlarını bildirərək, bu diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sakinlərdən şəhid anası Sveta Məmmədova mənzillə təmin edilməsinə, Asəf Əhmədov evinə qaz xəttinin çəkilməsinə, Qurban Əliyev evinə çəkilən elektrik xəttinin yenilənməsinə, Vəliağa Bağıyev evinə gedən elektrik xəttinin dəyişdirilməsinə, Rəşad Yusifli ali təhsilli olduğunu bildirərərk işlə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bir çox məsələnin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirib.

Qeyd edib ki, müraciətlərin əsasən şəxsi məsələlərdən ibarət olması onu göstərir ki, kəndin əsas problemləri artıq həllini tapıb. Bu çox sevindiricidir. Ötən görüşlərdə qonşu Sekəşan kəndinə elektrik xəttinin çəkilməsi barədə məsələ qaldırmışdınız. Bu barədə yuxarı təşkilatlara müraciət etdik. Çox sağ olsun cənab Prezident. Bu kənddə cəmi 6-7 ev olmasına baxmayaraq cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Sekəşan kəndinə elektrik xəttinin çəkilməsi ilə əlaqədar vəsait ayrıldı. Artıq burada işə başlanıb.

Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Səncərədi-Alaşa-Bəndəsər avtomobil yollarının asfaltlaşdırılması qonşu kəndlərlə yanaşı bu kəndin də inkişafında böyük irəliləyiş oldu. Bu yollar istifadəyə verildikdən sonra əhalinin güzəranı yaxşılaşmış, rahatlıq təmin edilib. Bunlar böyük layihələrdir.

Digər məsələlər də tədricən həllini tapacaqdır. Hər bir yaşayış məntəqəsi abadlaşacaq. Ölkəmiz böyük inkişaf yolundadaır. Ölkə iqtisadiyyatı gücləndikcə vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün yeni layihələr həyata keçirilir.

İcra başçısı görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırıb

Sərraf Mirsəfəroğlu.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski beş ayda 22 nəfəri əfv edib

SONRAKI XƏBƏR

Məhkəmədə Koçaryanın tərəfdarları və əleyhdarları arasında toqquşma olub