Uşaqlara həsr olunan poçt məhsulları tədavülə buraxılıb

“Uşaq günləri” adlı poçt məhsullar tədavülə buraxılıb

Serbiya milli poçt xidməti “Məktəbəqədər fəaliyyətin 100 illiyi” və “Uşaq günləri” adlı poçt məhsullarını tədavülə buraxıb.

Trend-in məlumatına görə, poçt məhsulu 42х37,7 mm ölçülərində hazırlanan 4 markadan və zərfdən ibarətdir. Markaların tiraji 25 min nüsxə təşkil edir. Poçt vərəqində 16 marka təsvir olunub və Belqrad şəhərinin “Uşaq günü” adlı məktəbəqədər müəssisəsinin uşaqlarının rəsmləri öz əksini tapıb. Bu maraqlı poçt markalarının nominal dəyərləri 27.00 dinardır. Layihənin dizaynı Nadejda Skoçayiça məxsusdur.

Qeyd edək ki, Belqradda ilk uşaq günü 28 iyun 1919-cu ildə qeyd olunub.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Kreml Paşinyanı küncə sıxışdırır: TƏKLƏNDİ

SONRAKI XƏBƏR

Özbəkistanın “Caxon adabiyyati” jurnalında Azərbaycan yazıçılarının əsərləri çap olunub - FOTOLAR