Sabah yeni tədris ili başlayır: hələ də kirayə ev tapmayan tələbələr var - VİDEO

Sabah yeni tədris ili başlayır: hələ də kirayə ev tapmayan tələbələr var - VİDEO

Sabah Azərbaycanda yeni tədris ili başlayır.

Bu münasibətlə rayondan Bakıya gələn bəzi tələbələr arasında kirayə ev tapmayanlar var.

Hazırda kirayə mənzil bazarında sözün əsl mənasında səssizlik hökm sürür. Tələb çox, təklif isə yox səviyyəsindədir.

Rieltorlar deyib ki, bu gün kirayə ev axtaran tələbələr olub. Amma kirayə mənzil yoxdur. Buna səbəb kirayə veriləcək evlərin sayının az olmasıdır.

Kirayə evlərin sayının azalmasının isə bir necə səbəbi var.

Ümumiyyətlə, son dövrlər kirayələrin qiymətlərində də artımlar var. Əgər əvvəllər 2 otaqlı mənzil 200-250 manata verilirdisə, indi bu qiymət 300-350 manatdan təklif edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xezerxeber.az

Mənbə: press.az