Basqal kəndində yeni məktəb binası istifadəyə verilib

Basqal kəndində yeni məktəb binası istifadəyə verilib

İsmayıllının Basqal qəsəbə tam orta məktəbi şagirdlərin istifadəsinə verilib.

ATV.az xəbər verir ki, yeni məktəb binasının açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov məktəb kollektivi və valideynləri təbrik edib. Bildirilib ki, 432 şagirdlik olan məktəb binasında fizika, kimya,biologiya laboratoriyaları, 18 sinif otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri quraşdırılıb. Təhsil naziri Ceyhun Bayramov son illər ölkədə təhsilə göstərilən dövlət dəstəyindən söz açıb. Bildirib ki, məhz bu diqqətin nəticəsidir ki, son illərdə yeni məktəb binaları tikilir və ya əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilir.

Ceyhun Bayramov-Təhsil naziri: “Bu məktəbin tikintisinə dair sərəncam cənab prezident tərəfindən ötən il noyabr ayının 8-də imzalanmışdır. Həmin müddətdən etibarən bütün müvafiq dövlət orqanları əlaqəli şəkildə işləmişlər öz işlərini əlaqəli şəkildə həyata keçirmişlər ki, tədris ili başlananadək cənab prezidentin sərəncamı yüksək səviyyədə həyata keçirilsin. Bunun nəticəsidir ki, bu gün də biz bu məktəbin açılışını etdik”.

ATV.az

Mənbə: www.atv.az