Qulu Məhərrəmlidən Cəmil Quliyevin təyinatına münasibət: “Milli kinonun qəbrini daha dərin qazmaqdır”

Qulu Məhərrəmlidən Cəmil Quliyevin təyinatına münasibət: “Milli kinonun qəbrini daha dərin qazmaqdır”

“Cəmil Quliyev mədəni, savadlı, təmiz və sakit adamdır. Yaxşı rejissor, amma pis idarəçidir”.

Cebhe.info xəbər verir ki, bunu teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli kinostudiyanın yeni rəhbəri Cəmil Quliyevin təyinatına münasibətində bildirib.

O qeyd eidb ki, Q.Məhərrəmli qeyd edib ki, C. Quliyev nə “Mədəniyyət” kanalında, nə də İTV-nin rəhbərliyində özünü doğruldub: “Xüsusən İctimai kanalın baş direktoru olarkən AzTV- nin ovaxtkı kriminal sədri Arif Alışanova beyət etməklə həmin TV-ni pis günə qoydu. Ona görə də ayrılıqda hörmətli fərd olan Cəmil Quliyev Kinostudiyaya direktor təyin etmək kino ictimaiyyəti üçün böyük anlaşılmazlıqdır. Bu təyinat onsuz da pis vəziyyətdə olan milli kinonun qəbrini daha dərin qazmaqdır!”

Cebhe.info

 

 

Mənbə: cebhe.info