Bakıda qadın 700 manat verib tatu etmək istədi, xəsarət aldı - VIDEO

Bakıda qadın 700 manat verib tatu etmək istədi, xəsarət aldı - VIDEO

Bakıda tatu etdirən qadın xəsarət alıb.

Oxu24.com unikal.org-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən "Tatu" salonunda qeydə alınıb.

Salona müraciət edən 35 yaşlı S.Ə. qaşlarına tatu etdirmək istədiyini deyib. Bu xidmətin müqabilində o, 700 manat ödəniş edib.

Salonda tatuajçı işləyən Fərid adlı şəxs qadının qaşlarına xəsarət yetirərək yararsız hala salıb.

Qadın polisə şikayət edib, fakt araşdırılır.

Mənbə: oxu24.com