'Mən gələcək istəyirəm': Gənclər iqlim dəyişikliynə qarşı mübarizəyə çağırır

'Mən gələcək istəyirəm': Gənclər iqlim dəyişikliynə qarşı mübarizəyə çağırır

Dünya boyu gələcəklərindən narahat gənclər cümə günü liderləri iqlim dəyişikliyinə qarşı mübarizə aparmağa çağırmaq məqsədilə etiraz keçirib. Yüz minlərlə etirazçı istiləşən dünyanın artıq gözləməyə vaxtının olmadığını deyir.

Yürüşlər Kanberradan tutmuş Kabilə, Keyp Taundan tutmuş Nyu Yorka kimi bir çox yerdə keçirilib. Berlindəki yürüşdə 100 mindən çox insan iştirak edib.

Dünya liderlərinin iştirak edəcəyi BMT-nin iqlim sammitində bir neçə gün öncə keçirilən bu etirazlar həm kiçik miqyaslı olub həm də böyük miqyaslı. Belə ki, Seulda təxminən 20 fəal LED cib fənərlərindən istifadə edərək nümayiş keçirib, Abstraliyada isə 2003-ci ildə İraq Müharibəsindən bəri ən böyük etiraz olub.

Nyu Yorkda məktəblər şagirdlərə valideynlərinin icazəi ilə dərsə getməməyə icazə verib. Orada əksəriyyəti gənclərdən ibarət on minlərlə insan Manhettendə yürüş edib və bəzi küçələri bağlayıb.

Minlərlə insan paytaxt Vaşinqtonda Kapitoliyə yürüş edib. Onlar arasında 15 yaşlı 10-cü sinif şagirdi A.J. Konerman olub.

Yer kürəsi ölür və əgər biz bunun qarşısını almasaq, biz də öləcəyik”, Konerman deyib.

Sietl şəhərində minlərlə insan bələdiyyə binasına daxil olub. Bundan əlavə orada Amazon və Google kimi texnologiya şirkətlərinin işçiləri şagirdlərə qouşlaraq fosil yanacaqlardan istifadəyə son qoyulmasına çağırıb.

Kiçik şəhərlərdə də nümayişlər keçirilib. Vaşinqton ştatının qubernatoru və prezidentliyə keçmiş namizəd Cey İnsli Spokeyn şəhərində yürüş zamanı izdiham önündə çıxış edib.

Parisdə yeniyetmələr və uşaqlar dərs otağı əvəzinə küçələrə axışıb. 15 yaşlı Mari-Lu Sahai deyib ki, “insanları dinləməyə məcbur etməyin yeganə yolu” etiraz etməkdir.

Nümayişçiləri isveçli yeniyetma Qreta Tunberqin fəallığı ilhamlandırıb. O, bir il boyu hər həftə “Fridays for Future”(Gələcək üçün Cümələr) adlı nümayişlər keçirib və dünya liderlərini iqlim dəyişikliyə qarşı mübarizə səylərini artırmağa çağırıb.

“Bu, böyük qələbədir”,Tunberq The Associated Press-ə bildirib. “Mən heç vaxt bunun baş verəcəyini və belə tez, 15 ay içində, baş verəcəyini nə gözləyirdim, nə də buna inanırdım”, o deyib.

Tunberq cümə günü nümayişdə çıxış edib və şənbə günü BMT-nin Gənclərin İqlim Sammitində iştirak edəcəyi, eləcə də bazar ertəsi qlobal liderlərin iştirakı ilə BMT-nin İqlim Sammitində iştirak edəcəyi gözlənilir.

Mənbə: www.amerikaninsesi.org