“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyinin qalibləri müəyyənləşib

Astara, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Gənclər Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilən “Məntiq-2019” intellektual bilik yarışı üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən bilik yarışının yekun nəticələrinə əsasən, Masallı şəhər 5 nömrəli tam orta məktəbin yeniyetmələrdən ibarət “Viləş” komandası birinci, “Hişkədərə” komandası ikinci, Banbaşı kənd tam orta məktəbin “Vendetta” komandası üçüncü yerə layiq görülüb.

Masallı şəhər 2 nömrəli tam orta məktəbin yeniyetmələrdən ibarət “Qarabağ” komandası xüsusi fəallığına görə diplomla mükafatlandırılıb.

Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim edilib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib

SONRAKI XƏBƏR

Azərbaycan bədii gimnastikada daha bir lisenziya qazandı