Britaniyalı diplomat: Biz çimərliyi təmizlədik, tullantıların dənizə düşməsinə əngəl olduq

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu gün Britaniyanın Azərbaycandakı səfirliyini təmsil edən bir qrup təbiətsevər öz ailə üzvləri və Azərbaycan gəncləri ilə birlikdə təmizlik aksiyasında iştirak edir, bu gözəl sahili təmizləyir. Biz burada çoxlu plastik paketlər, plastmas qablar və digər zərərli tullantılar topladıq. Belə bir tullantılar dənizdə də ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley sentyabrın 21-də Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” şüarı altında keçirilən təmizlik aksiyası çərçivəsində jurnalistlərə müsahibəsində deyib.

Diplomat qeyd edib ki, bu çox müsbət bir addımdır: “Biz bu gün bu ərazini təmizlədik, tullantıların dənizə düşməsinə əngəl olduq. Mən əminəm ki, Azərbaycan gəncliyi ölkəsinin daha təmiz və yaşıl görmək istəyir. Biz belə aksiyaları daim dəstəkləyirik”.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Erməni qızın gözlərindən  yaş əvəzinə daş tökülür...-FOTOLAR

SONRAKI XƏBƏR

Türkiyədə oteldə 2 azyaşlı qaynar yağdan yandı - VİDEO