Tualetdə telefondan istifadə təhlükəlidir

Həkimlər tualetdə smartfon telefonların istifadəsinin təhlükəli olduğunu açıqlayıblar.

Bununla bağlı “The Sun” nəşri yazıb.

Mütəxəssislər hesab edirlər ki, insanlar telefonla tualetdə normadan daha çox vaxt keçirirlər. Bu, hemoroidal düyünlərin meydana gəlməsinə səbəb ola bilər.

Həkim Sara Carvisin fikrincə, tualetdə telefondan istifadə etmək olmaz. Onun sözlərinə görə, Britaniyada hər dörd nəfərdən biri hemoroid xəstələyindən əziyyət çəkir.

Həkim Liza Akerli isə bildirib ki, telefonun tualetə aparılması mikrob təhlükəsini artırır. O bildirib ki, insanlar telefonla tualetə getməkdən heç vaxt vaz keçməyəcəklər.

Nəşrin araşdırmalarına görə, britaniyalıların 57 faizi daim tualetə telefonla gedir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə oteldə 2 azyaşlı qaynar yağdan yandı - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib