Qlobal istiləşmə - VİDEO

Qlobal istiləşmə - VİDEO

Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir.

Bəs qlobal istiləşmə nədir?

İstixana qazları yəni su buxarı, karbon dioksid, metan özlüyündə Yerdəki həyat üçün çox vacibdir. Onlar Günəşdən Yer səthinə düşən enerjinin tam səpilməsinin qarşısını alır, planetin səthində həyat üçün zəruri temperatur intervalını təmin edir. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur həddən çox artaraq təhlükəli həddə yaxınlaşır. Bu da "istixana" effekti adlanır. Temperatur yüksəldikcə bir çox bitki və heyvanların yaşayış yerləri dəyişikliklərə məruz qalır. Bir çox növlərin sürətlə dəyişən şəraitlə ayaqlaşa bilməyib məhv olması ekosistemin tarazlığını pozur. Hələ 1992ci ildə BMT-nin İqlim dəyişikliyi ilə bağlı konvensiyasında 1961-1990-cı illər baza ili kimi qəbul olunmuş, orta illik temperatur müəyyən olunub. Konvensiyada istilik effekti yaradan qazlar haqqında məlumat verilmiş və onların azaldılmasına tövsiyyələr verilib. 5 il sonra 1997-ci ildə isə Kiyoto protokolu qəbul olunmuş, və bu protokola əsasən 200dən çox ölkə üçün atmosferə atılan zərərli qazlarının azaldılması haqqında öhdəliklər təyin olunub.

Məhərrəm Mehdiyev bildirdi ki, dünyada sənayeləşməyə qədər dünyada iqlimin bir dərəcə selsi dəyişməsi üçün 10000 il vaxt lazım idi.

Məhərrəm Mehdiyevin sözlərinə görə bu dəyişiklik ölkənin müxtəlif coğrafi ərazilərində müxtəlif olub.

Mənbə: www.realtv.az