ERMƏNİ XARAKTERİ - Araz Qurbanov yazır...

Erməni şair və dramaturqu, akdemik Derenik Dəmirçiyan (1877-1956) ötən əsrin əvvəllərində yazdığı «Erməni» məqaləsində klassik erməni xarakterini belə təqdim edir: «Siz ermənidən baş çıxara bilirsinizmi? Nə qədər qəribə və müəmmalı varlıqdır!. …Onun mahiyyətini bilmək istəyirsən. Amma o dəqiqə görürsən ki, bütün bunlar illüziyadır. Erməninin çox narahat sifəti var. heç vaxt şəklini çəkməyə qoymaz. Sayları cüzi, çəkdikləri əzablar isə titanikdir. Onyn yaşadığı yeri - köstəbəy yuvasını görmüsünüzmü? Amma ölkəsini gəzsəniz gözəl monastrları, qalaları nəfis xaçkarları görəcəksiniz. Bunları erməninin yaratdığına inana bilərsinizmi? Ölkəsini kilsələrlə tikib-dolduracaq. Amma ildə birdəfə də olsun oraya girib Rəbbə dua etməyəcəkdir… İstənilən xalqın məhəbbət qazana bildiyi yerdə erməni özünə nifrət oyatmaq üçün əlindən gələni edəcəkdir. Küsəndə dəvə kimi kinlidir. İzdiham olan yerdə ziddiyətlilidir, dözülməz dərəcədə qalmaqal yaradandır. Harada inqilab varsa, erməni oradadır. Eyni vaxtda üç cəbhədə vuruşur: şaha qarşı, sultana qarşı, çara qarşı. İstənilən erməni Don Kixota bənzəyir. Qırğına məruz qalsa da, hələ də ağlı başına gəlməyib. Tatar (Azərbaycan türkü) hücum edəndə, kömək üçün rusu gözləyir. Rus gələndə gözünü avropalıya dikir. İngilis gəlir, bu zaman yenə də rusu gözləyir. Amma rus gələndə onu yaxına buraxmır. Bəlkə, öz dövlətini qurmaq istəyir. Kim bilir, bacaracaq, ya yox…»

Azpress.az

ƏVVƏLKİ XƏBƏR

Səhrada ölüm-dirim savaşı: imperiya necə tələyə düşdü? – Tarixin sandığından

SONRAKI XƏBƏR

ABŞ-a demişik ki, şərtlər yerinə yetirilsə... - Ərdoğan