Loqos elmi-publisistik psixoloji jurnalın yeddinci sayı işıq üzü görüb

Loqos elmi-publisistik psixoloji jurnalın yeddinci sayı işıq üzü görüb

3 aydan bir nəşr edilən jurnalın bu dəfəki sayında ötən 3 ay ərzində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin filiallarında baş verən mühüm tədbirlər, əməkdaşlıqlar haqqında geniş məlumat, günümüzün aktual problemlərinə psixoloq yanaşması yer alıb.
Eyni zamanda, jurnalın yeni buraxılışında məktəb fobiyası, erkən nikah, uşaq istismarı, valideyn-övlad bağlılığı, özgüvən əksikliyi, məktəb psixoloqlarının düzgün fəaliyyəti, payız depressiyası, süfrə mədəniyyəti kimi bir sıra maraqlı mövzular əks olunub.
Jurnalı əldə etmək istəyən izləyicilərimiz “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin istənilən filiallna müraciət edə bilərlər.

Mənbə: azpress.az