Erməni qızın gözlərindən  yaş əvəzinə daş tökülür...-FOTOLAR

Erməni qızın gözlərindən  yaş əvəzinə daş tökülür...-FOTOLAR

Yəqin, bu, işğalçı, daşnak ermənilərin insanlığa, türklərə qarşı daşlaşmış ürəyinin rəmzidir...

Ermənistan sakini olan Satenik Kazaryan qeyri-adi xəstəliyi səbəbindən ağlayanda gözlərindən göz yaşı əvəzinə xırda daşlara bənzər kristallar tökülür.

Moderator.az İsrail mediasına istinadla bildirir ki, bu haqda "Mir 24" telekanalı məlumat yayıb.

22 yaşlı qıza göz yaşlarının bərkiməsinə səbəb olan qəribə xəstəlik diaqnozu qoyulub. O, artıq həkimlərə müraciət edib və antibiotik kursu keçib. Ancaq bunun köməyi müvəqqəti olub. Gündə erməni qızın gözlərindən 30-a qədər kristal düşə biləcəyi bildirilir.

Yaxın müddətdə həkimlərin Satenik Kazaryanın gələcək müalicə proqramını təyin etmək üçün konsilium(məsləhətləşmə) keçirməsi planlaşdırılır. Hələlik tibb mütəxəssisləri qızın amin turşularının metabolizmasının anadangəlmə pozğunluğundan yaranan “sistinoz” adlandırılan xəstəlikdən əziyyət çəkdiyini hesab edirlər.

Sistinoz - bir sıra orqanlara, xüsusən də böyrəklərə və gözlərə mənfi təsir göstərən, bədənin toxumalarında sistin kristallarının əmələ gəlməsi ilə müşayiət olunan nadir bir genetik xəstəlikdir. Bu mərəzə təxminən hər 200 min doğulan körpədən birində rast gəlinir.

Sultan Laçın

Mənbə: moderator.az