Sabir Rüstəmxanlıdan BP-yə ittiham: “BP Abşeronda zəhərli maddələrdən istifadə edir, məqsəd nədir?”

"Britaniyanın BP şirkəti Abşeron rayonunun Şonqar kəndində zəhərli maddələrdən istifadə edir və o əraziyə üfunət iyindən yaxın durmaq olmur”.

Bu sözləri xalq şairi, VHP-nin sədri Sabir Rüstəmxanlı Ayna-ya açıqlamasında deyib. Onun sözlərinə görə, o kəndlərdə hava o dərəcədə korlanıb ki, sakinlər şəxsi təsərrüfatlarından da istifadə edə bilmirlər: "Bu hadisə Bakının ekologiyasına son dərəcə ciddi ziyan vurub. Lakin heç kim o şirkətdən soruşmur ki, Azərbaycana hansı müqavilə ilə gəlib, niyə gəlib, məqsədləri nədir, nə üçün Bakının göbəyində zəhərli maddələrdən istifadə edirlər?”

Sabiq millət vəkili xarici neft şirkətlərinin Azərbayacana olan belə münasibətindən narazılıq edib: "Bəzi neft şirkətləri Azərbaycanın maraqlarını nəzərə almırlar”.

Qlobal.az

 

Qlobal.az

ƏVVƏLKİ XƏBƏR

Həyatını itirən fenomeni "Fənərbaxça" futbolçuları yad etdi - Foto

SONRAKI XƏBƏR

Mahabad həbsxanasında 11 məhbusu edam gözləyir